İranın xarici işlər naziri Qumda dini mərcəyi təqlid alimlərindən bir qrupu ilə görüşüb.
Görüşdə Məhəmməd Cavad Zərif Cenevrə nüvə müzakirələrinin nailiyyətlərini şərh edib.
Cümə günü ( 29 noyabr ) Qumda dini mərcəyi təqlid alimlərindən olan Ayətullah Nasir Məkarim Şirazi ilə görüşdə region və beynəlxalq məsələlərdən savayı Cenevrədə İranın müzakirəçi heyətinin 6-lığa üzv dövlətlərin nümayəndələri ilə nüvə müzakirələrinin keyfiyyəti və danışıqlarda İran tərəfinin əldə etdiyi nailiyyətlərini izah edib.
Dini mərcəyi təqlid alimlərin hərtərəfli himayəsinə görə öz təşəkkürünü bildirən nazir, həmçinin dini alimlərin İranın xarici siyasət ilə bağlı mülahizələri və göstərişlərini əhəmiyyətli sayıb.
Bu görüşdə Ayətullah Məkarim Şirazi də nüvə müzakirələrini dəstəkləyərək regionda və dünyada şiələrə qarşı aparılan addımların zərərsizləşdirilməsi yolunda cəhdlərin dayandırılmasının vacibliyini vurğulayıb.
Bu görüşdə Ayətullah Safi Qolpayqani da İranın Cenevrə görüşündə qazandığı nailiyyətlərindən sevincini qeyd edərək növbəti danışıqlarda da İrana əlavə xeyr və töhfələr gətirəcəyini arzulayıb.
İranın xarici siyasət idarəsinin rəhbəri habelə Ayətullah Sistaninin nümayəndəsi Höccətülislam Vəl-Müslimin Seyid Cavad Şəhristani ilə də görüşüb.
Görüşdə region və dünya məsələlərindən savayı islam ictimaiyyəti və İraq məsələləri də mübahisə edilib.






