AsyaBəhreynDünyaXƏBƏRLƏR

Pakistanda Bəhreyn kralı əleyhinə aksiya

Pakistan vətəndaşları Bəhreyn kralının bu ölkəyə olan səfərinə etiraz olaraq aksiya keçiriblər.

Bu gün paytaxt İslamabad və Kraçı kimi şəhərlərdə Pakistan vətəndaşlarından minlərlə nəfərinin iştirakı ilə keçirilən bu aksiyalarda etirazçılar Bəhreyn kralı Şeyx Həməd Bin İsa Ali Xəlifənin əleyhinə kəskin xarakterli şüarlar səsləndiriblər.
Etirazçılar Bəhreyn rejiminin o ölkədəki insanlara repressiya tətbiq etməsini pisləyiblər. Aksiyaçılar Bəhreyn kralının dərhal Pakistanı tərk etməsini istəyiblər.
Pakistan müsəlmanlarının “Vəhdət Məclisi” partiyasının tərəfdarları və funksionerləri də paytaxt İslamabadda jurnalistlər klubunun önündə bir yerə yığışıb Ali Xəlifə rejiminin siyasətlərini pisləyiblər. Etirazçılar səsləndirdikləri şüarlarında Bəhreyn rejimini o ölkədəki şiələrin qatili adlandırıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu