Şimali Atlantik Alyansı NATO-nun 15 yanacaq tankeri Pakistanın cənub-qərbində Bəluçestan əyalətində yandırılıb.
Pakistan polis rəsmiləri bildiriblər: Naməlum hücumçular Bəluçestan əyalətinin Hab məntəqəsində NATO qüvvələrinə yanacaq çatdıran tankerlərə hücum edərək NATO-ya aid 15 tankeri yandırıblar.
Bu məlumata görə, bu hücum Kvetta-Karaçi şose yolunun bağlanmasına səbəb olub.
İndiyə qədər heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib.
Bundan öncə də NATO qüvvələrinin 12 yanacaq tankeri ötən cümə günü naməlum hücumçuların hücumuna məruz qalmışdı.