Amerikada yayımlanan bir jurnal Suriyadakı son hadisələri təhlil edərkən, Amerika tərəfindən Rusiyanın Layihəsinin qəbul edilməsinə işarə edərək, belə yazıb: Rusiya prezidenti Vladimir Putin Moskvanı Yaxın və Orta-Şərqdə regional bir qüdrətə çevirməyə və özünün amerikalı rəqibini meydandan eşiyə qovmağa müvəffəq oldu.
Foreign Policy bir məqalədə Rəsmi Moskvanın Vaşinqton başçılarını Suriya haqda mövqe dəyişdirməyə razı salmaq üzrə uğuruna işarə edərək, belə yazıb: ötən otuz ay içərisində Putin və onun xarici işlər naziri Serqey Lavrov bu günlər özlərinin ən yaxşı həftəsonu istirahət günlərini keçirirlər.
Foreign Policy yazıçısı sonra belə davam etdirib: Bu dəyişikliyin amili Suriyanın kimyəvi silahlarının beynəlxalq ictimaiyyətə təhvil verilməsi qarşılığında Amerikanın hücumunun dəf edilməsi uğrunda olan Rəsmi Moskvanın vasitəçilik təklifi idi, amma bütövlükdə Rusiya Qahirədən tutmuş Beyrut və Dəməşqə qədər yavaş yavaş özünün regiondakı nüfuzunu genişləndirməyi bacar bildi.
