İranXƏBƏRLƏR

Zərif: ABŞ hədə dilini kənara qoysun

İran İslam Respublikası xarici işlər naziri bildirib ki, ABŞ-ın digər ölkələrlə güc və hədə dili ilə davranmağa haqqı yoxdur.

Livanın əl-Məyadin telekanalına eksklüziv müsahibə verən İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif digər ölkələrlə davranışda Birləşmiş Ştatların quldurcasına siyasətlərini tənqid edərək İslam Respublikasının kütləvi qırğın silahları olmayan regionu yaratmaqda maraqlı olduğunu bildirib.

“İran İslam Respublikası istifadə edənin və məruz qalanın kimliyindən asılı olmayaraq kimyəvi silahlardan istifadəni pisləyir” –deyə Zərif əlavə edib.

İranın xarici işlər nazirinin sözlərinə görə, İranın ixtiyarında olan fakt, sənəd və məlumatlara əsasən Suriyada silahlı qruplaşmalar kimyəvi silahlardan istifadə ediblər.

Zərif əlavə edib: Kimyəvi silah hələ də ifratçı və terrorçu qruplaşmaların əlindədir və bu yalnız Suriya üçün deyil, bütün region üçün təhlükədir.

ABŞ-ın militarist tonundan çıxış etməsini tənqid atəşinə tutan nazir bildirib: Qüdrət və güc ABŞ-ın məqsədlərini gerçəkləşdirə bilməz.

İranlı nazir Suriyaya qarşı güc vasitəsindən istifadənin olunması ilə bağlı bəzi ərəb ölkələrinin himayəsini də onların qeyri-hikmətli və kor-koranəliyinin nişanəsi adlandırıb.

Zərif söyləyib: Suriya böhranının həlli yalnız danışıqlar və siyasi həll yolu ilə mümkündür.

İranın xarici işlər naziri əl-Məyadin telekanalı ilə eksklüziv müsahibəsində İran və ABŞ arasında etimadın olmaması probleminə toxunaraq deyib: İran İslam Respublikası öz sülhməramlı nüvə proqramı barəsində etimad yaratmağa hazırdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu