AsyaDünyaİranXƏBƏRLƏR

Zərif İndoneziyada səfərdədir

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə İndoneziya paytaxtı Cakartaya daxil olub.

Yaponiyadan İndoneziyaya səfər edən Zərif bu gün cümə axşamı (6 mart) İndoneziya prezidenti və xarici işlər naziri ilə görüşərək, ikitərəfli, regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparacaq.

Zərifin İndoneziyaya baş tutan ikigünlük səfəri, iki ölkə rəsmilərinin qarşılıqlı dövri səfələri çərçivəsində baş tutub.
İndoneziyanın Siyasi, iqtisadi və elmi elitaları, İndoneziya dini alimləri və assambleyasının baş katibi, Məhəmmədiyyə Təşkilatının baş katibi, İndoneziyadakı xarici diplomatlar və səfirlərlə görüşüb müzakirələr aparmaq Zərifin İndoneziya səfərinin gündəmini təşkil edir.
Qeyd etmək lazımdır ki, 2011-ci ildə Tehran-Cakarta arasında ticari mübadilənin dəyəri iki milyard dolları ötüb keçmişdir lakin İranın Cakartadakı səfiri münasibətlərin genişlənməsi nəticəsində bu rəqəmin yaxın gələcəkdə 5 milyard dollardan aşacağına ümidvar olduğunu bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu