DünyaXƏBƏRLƏR

30 tondan yuxarı yük maşınlarının Culfa gömrüyünə girişinin qarşısının alınması səbəbi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin deyib: 30 tondan yuxarı yük maşınlarının İrana daxil olmasına qoyulan məhdudiyyət yalnız Culfa sərhəd keçidi üçün tətbiq olunur.

 

İranın Bakıdakı səfiri Möhsün Pakayin Səs Xəbər Agentliyi ilə müsahibədə bu məhdudiyyəti Culfa sərhəd keçid körpüsünün köhnə olması ilə əlaqəli adlandırıb və deyib: Culfa sərhəd keçidində iki körpü vardır. Onlardan biri yeni və biri isə köhnədir. Hal-hazırda istifadə olunan körpü köhnə körpüdür və dağılmaqdadır. İran bu körpünün iş fəaliyyətini qorumaq üçün qərara alıb ki, 30 tondan yuxarı yük maşınlarının İrana girişinə icazə verilməsin.

Pakayinin sözlərinə görə, bununla belə İran və Azərbaycan Respublikası sərhədində yeni körpünün istifadəyə verilməsi və köhnə körpüdən istifadənin dayandırılması ilə əlaqədar müzakirələr davam edir.

İran səfiri əlavə edib: Digər sərhəd keçid məntəqələrində 30 tondan yuxarı yük maşınlarının keçidinə heç bir məhdudiyyət yoxdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının yük maşınları və tankerlərinin əksəriyyətinin istehlak müddətinin başa çatması və onların gündəlik olaraq mütəmadi şəkildə İranın Biləsuvar və Culfa gömrüklərindən keçmələri İranın sərhəd bölgələri üçün çoxlu ətraf mühit, texniki və ictimai mənfi nəticələr yaratmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu