ABŞ AR rəsmilərinin telefon danışıqlarını dinləyirmiş
Bir Bakı qəzeti Azərbaycan Respublikasının prezident seçkiləri zamanı Bakı rəsmilərinin telefon danışıqlarının dinlənilərək, əldə olunan informasiyaların müxalif cinaha ötürülməsindən xəbər verib.
“Yeni Müsavat” qəzeti yazıb: Amerikanın casusluq xidməti telefon danışıqlarını dinləyərək, Azərbaycan dövlətinin Avropa Şurasının Parlament Assambleyasının nəzarətçilərini pulla almasına dair sənəd və faktların bir hissəsini dövlət ilə müxalif cinaha ötürübdür.
Qəzetin yazdığına görə, Amerikanın casusluq xidməti hər sutka ərzində Avropada 20 milyon telefon danışığını dinləyirmiş.
Azərbaycan R-da siyasi ekspert- Rövşən Novruzoğlu dünən ifşa edərək bildiribdir ki, Amerika Azərbaycanın Nyu-Yorkdakı nümayəndəliyinin telefonlarını dinləyib və bu məsələ mətbuatda əks etdirilibdir.