Afrika və Ərəb ölkə işlərindən məsul İran İslam Respublikası xarici işləri nazirinin müavini, Suriyada hər cür hiyləgər planlar nəticəsində köklü dəyişiklikdən doğulacaq nəticələrdən Amerika və Sionist rejimin məsul olduğunu ifadə etdi.
Hüseyn Əmir Abdullahiyan dünən axşam Tehranda təşkil edilən İraq və terrorizmə qarşı beynəlxalq koalisiya iclasında etdiyi şərhdə, IŞİD ilə mübarizə bəhanəsi ilə Suriyada köklü dəyişikliklərə səbəb olacaq hər cür şeytanlıq və hiyləgər hərəkətin, beynəlxalq koalisiya, Amerika və Sionist rejimə ağır nəticələri olacağını söylədi.
Əmr Abdullahiyan İran İslam Respublikasının Suriya hökuməti və müqavimət oxunun terroristlər tərəfindən aşmasına icazə etməyəcəyini ifadə etdi.
Suriyada siyasi dəyişikliyin böyük nəticələri olacağını vurğulayan Əmir Abdullahiyan, Suriyada siyasi nizamın dəyişdirilməsi siyasətinin terrorçularla mübarizə maşası ilə reallaşacaq olsa, o zaman Sionist rejimin də etibarda olmayacağı mesajının Amerikaya ən yaxşı şəkildə çatdırıldığını söylədi.
Xarici işlər nazirinin müavini ayrıca bölgədəki son hadisələrdə Türkiyənin roluna də işarə edərək, İran və Türkiyənin Suriya kimi bəzi mövzularda ixtilaf yaşadığını, Ankaraya görə Əsədin getməsi lazım olduğu lakin İranın Əsədin qalıb qalmaması kimsəni maraqlandırmadığı, Suriya xalqının bu mövzuda qərar almaları lazım olduğu qənaətində olduğunu ifadə etdi.
Əmr Abdullahiyan həmçinin dünən axşam Tehranda etdiyi şərhdə, Ankara hökuməti ilə Kobani haqqında görüşdüklərini, İranın Suriya torpaqlarına hər cür hərbi müdaxilə haqqında xəbərdarlıq olduğunu ifadə etdi.
İran xarici işlər nazirinin müavini Abdullahiyan İran və Türkiyənin danışıqları davam etdirdiyi, Tehrana görə Suriyalı qaçqınların evlərinə geri dönməsi üçün Türkiyənin əhəmiyyətli rol oynaya biləcəyini düşündüyünü da sözlərinə əlavə etdi.