AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Qərbin İranın daxili işlərinə müdaxiləsi tənqid edilib

Amerika universitetinin siyasi elmlər profesoru və siyasi şərhçi deyib ki, Avropa Birliyi xarici siyasət koordinatorunun Tehranda siaysi fəallarla görüşü İranın daxili işlərinə müdaxilə mənasındadır.

Professor Cimz Fetrez Təsnim İnformasiya Agentliyi ilə müsahibədə deyib: Katrin Aştonun Avstriya səfirliyində 6 fəal iranlı qadınla görüşü onun İranın daxili işlərinə müdaxiləsi hesab olur və bu hərəkətin tənqidlərlə müşayiət edilməsi tam aydındır.
O deyib: Katrin Aştonun 5+1 qrupunu başçılıq etməsi qəribədir zira Amerikanın hər 16 kəşfiyyat və təhülkəsizlik qurumları 2006-cı ildə bildirmişdilər ki, İran nüvə proqramına malik deyil və növbəti dəfə bu sözü 2011-ci ildə təkrarladılar, bu o deməkdir ki, ABŞ xarici siyasətləri bu ölkənin ən konstruktiv təhlükəsizlik qrumları tərəfindən rədd edilən fərziyyələrin üzərində qururlur.
Amerika universitetinin siyasi elmlər porfesoru və siyasi şəhrçi sonda deyib: Yaxşı olardı ki, Katrin Aşton vaxtını buna sərf edərdi ki, Sionist rejim baş naziri Benyamin Netanyahodan İsrailin malik olduğu böyük və gizli nüvə, biolojik və kimyəvi silahlar anbarları haqda sorğular irəli sürürdü zira bu silahlar əvvəla real olaraq mövcuddur və İranın nüvə silahları kimi əfsanə deyil , İkincisi bu ki silahların saxlanılması ümumiyyətlə beynəlxalq qanunlarla ziddiyyət daşıyır və Yaxın Şərq regionu üçün ciiddi hədə sayılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu