Azərbaycanlı bloqqeri həbsxanada sıxırlar
Əfv ərizəsi yazmayacağını vurğulayan məhbus dindar fəal, bloqçu Rəşad Ramazanov Azərbaycan Respublikasının 2 saylı Cəzaçəkmə Müəssisəsində ona münasibətin yaxşı olmadığı üçün ATƏT-dən, Beynəlxalq Qızıl Xaç Komitəsindən bir nümayəndə ilə görüşmək istəyib.
Dindar məhbusun həyat yoldaşı Könül İsmayılova deyib ki, Rəşad həbs olunduğu gündən dünyadan xəbər tuta, cəmiyyətdə nələr olduğunu bilmir.
Dindar məhbusun xanımı əlavə edib : “Ona bütün olanları yalnız mən çatdırıram, amma telefonda hər şeyi demək olmur. Anasından nigaran olduğunu, onun əfv məktublarından üzüldüyünü dedi. Sözü bu oldu ki, bilirəm, çox əziyyət çəkəcəksiniz, amma mən heç zaman əfv olunmağım üçün kiməsə müraciət etməyəcəm, hər zaman haqqı demişəm və şərlənərək həbs olunmuşam, buna görə üzr istəmək fikrim yoxdur”.
Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. Dindar bloqçu qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham olunub! Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyətin mənfi hərəkətlərini tənqid edən statuslar paylaşdığına görə tanınıb.