Qarabağ Azadlıq Təşkilatı birliyin üzvü Rəşad Ramazanovun həbsinə etiraz olaraq bu gün bəyanat verib.
Bəyanatda bildirilir ki, Rəşad Ramazanov 1 ildir ki, təşkilata daxil olub və bu vaxt ərzində xoşagəlməyən hər hansı işlə məşğul olmayıb: “O, gənc yazar kimi fəlsəfi mövzularda yazılar yazıb, bəzi məsələlərdə fərqli mövqe ortaya qoyub, lakin bu, onun saxta ittihamla həbs olunmasına əsas verə bilməz. Ona qarşı narkotik maddələrin saxlanması və satılması ittihamının irəli sürülməsini tam əsassız hesab edirik. Onun bu işlə məşğul olmaq ücün nə maddi imkanı, nə də meyli olub. O, gənc ailə başçısıdır, iki uşağı var, ailə vəziyyəti cox ağırdır, kirayədə yaşayır, çətinliklə dolanırdı. Hesab edirik ki, Rəşad Ramazanovun həbsi kimlərinsə tərəfindən hazırlanmış qurama bir işdir. Biz onun işi ilə bağlı obyektiv araşdırmaların aparılmasını və ədalətli qərarın çıxarılmasını tələb edirik.”