İranİraqXƏBƏRLƏR

Kanada seçkilərində saxtakarlıq; Hökumətin siyasi qanuniliyinin olmaması

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Kanada parlament seçkilərində saxtakarlığın təsdiqlənməsi ilə bağlı bu ölkə ali məhkəməsinin qərarına münasibət bildirərək “Robokalz rüsvayçılığı” adlanan bu seçkilərdəki saxtakarlığın sübut olunmasını Kanadaya hakim ifratçı hökumət üçün böyük problem və o hökumətin siyasi qanuniliyinin olmamasının göstəricisi adlandırıb.

Seyid Abbas İraqçı bu məhkəmə qərarını Kanada seçki quruluşunda demokratik və ədalətli quruculuğun olmaması adlandırıb və əlavə edib: Ümid olunur ki, bu qərar Kanadanın siyasi məsələləri prosesinin xalqın həqiqi tələblərinə doğru qayıtmasına səbəb olacaq.

Qeyd etmək lazımdır ki, Kanada Ali Federal Məhkəməsi üç gün öncə təsdiqləyib ki, Harper hökumətinin qələbəsi ilə nəticələnən 2011-ci il seçkiləri düzgün olmayıb. Çünki bu seçkilərdə geniş şəkildə saxtakarlıq həyata keçirilib. Həmçinin hakim partiya tərəfindən çoxlu səslərin qazanılması üçün çoxlu səylər göstərilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu