Samirradan Nəcəf-Əşrəf şəhərinə doğru qayıtmaqda olan iranlı zəvvarları aparan bir avtobus bu gün səhər terrorçu kamikadze hücumuna məruz qalıb. Nəticədə 5 iranlı zəvvar şəhid olub və 17 nəfər də yaralanıb.
Samirra şəhərinin 15 kilometrliyində İshaqiyyə məntəqəsində baş verən bu partlayışın güclü olmasına görə şəhidlərin sayının artması ehtimalı vardır.
Ötən həftə də Samirranın 60 kilometrliyində Bələd məntəqəsində iranlı zəvvarları aparan bir avtobus terror hücumuna məruz qaldı və 5 nəfər şəhid oldu, 22 nəfər də yaralandı.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçı zəvvarlara qarşı bu terror aktını pisləyərək deyib: Əhli-Beyti ziyarət edən iranlı günahsız zəvvarlara qarşı hücumların artması islam məzhəbləri arasında təfriqə salmaq çərçivəsində hazırlanmış məkrli planların bir hissəsidir.