Bu gün Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günüdür. Zeynəb (s.ə) təkcə qadınlar deyil, kişilər arasında dünyada misli az görünən şəxsiyyətlərdəndir. Bildirilir ki, o həzrət 62-ci hicri qəməri ili 15 rəcəbdə vəfat edib.
Həzrət Zeynəb Əli İbn Əbi Talib (ə) və Fatimə Zəhranın (s.ə) qızıdır. O şirin həyatını atası, anası, əziz babası islam peyğəmbəri (s.ə.s) və qardaşları İmam Həsən (ə) və İmam Hüseynin (ə) yanında başladı. Həzrət Zeynəb Kübra (s.ə) 5 və ya 6-cı hicri qəməri ili 5 cəmadiul-əvvəldə Mədinə şəhərində dünyaya göz açıb. O həzrətin həyat yoldaşı Cəfər İbn Əbi Talibin oğlu Abdulla idi. Elamul-vəra kitabında o dahi şəxsiyyətli xanımın Əli, Oun və Cəfər adlı 3 oğlu və Ümm Külsüm adlı bir qızının olduğu qeyd olunmuşdur.
Zeynəbin şücaəti
Həzrət Zeynəb Kübra (s.ə) 60-cı hicri qəməri ili şəbanın 3-dən Məkkədə idi. Zeynəb (s.ə) karvanla birlikdə İmam Hüseynlə (ə) birlikdə Kərbəlaya yollandı.
Kərbəla hadisəsindən sonra Həzrət Zeynəb (s.ə) təxminən 1 il 6 ay yaşadı. Həzrət əsirlər karvanında Kərbəla əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama aparıldı. Əgər əsirlərin rəhbərliyi İmam Səccadın (ə) öhdəsində olmasaydı və Zeynəb Kübra (s.ə) da başçılığı üzərinə götürərdi. Karvan Dəməşqə getdi. Şamda da Zeynəb (s.ə) ümumi fikri düşünməyə vadar edə bildi. Yezidin “Qələbə” olaraq hazırlanan iclasında və Kərbəla hadisəsi əsirlərinin orada olduğu zaman Hüseynin (ə) kəsilmiş başı teştin içinə qoyulmuşdu və Yezid əl çubuğu ilə onun üzünə vururdu. Zeynəb Kübra (s.ə) öz çıxışı ilə Yezidin qürurunu məhv etdi və onu öz etdiyindən peşman etdi. Nəhayət Yezid məcbur oldu ki, karvanı hörmətlə Mədinəyə qaytarsın.
Mədinədə də şəhidlər qasidi Zeynəb (s.ə) sakit durmadı. O fəryadı ilə Mədinə əhalisini Yezid hökumətinə qarşı qaldırdı. Mədinə hakimi Həzrət Zeynəbi (s.ə) sürgün etmək qərarına gəldi. Bəzi məlumatlara görə, Həzrət Zeynəb (s.ə) Şama səfər və orada da vəfat etdi.
