AsyaXƏBƏRLƏR

Fransada məscidin bağlanmasına etiraz olaraq aksiya keçirilib

Fransa hökumətinin bir məscidin fəaliyyətini dayandırması ilə bağlı qərarı müsəlmanların etirazı ilə nəticələnib.

Fransanın Le Journal Du Dimanche qəzetinin internet portalının yazdığına görə, Monruj şəhəri müsəlmanları ötən gün şəhərin yeganə məscidinin fəaliyyətinin dayandırılması ilə bağlı hökumətin qərarına etiraz əlaməti olaraq aksiya keçiriblər.

Bu aksiya məscidin idarə heyətinin dəvəti və 14 aprel tarixində Monruj icra hakimiyyəti tərəfindən şəhər məscidinin bağlanması ilə bağlı qərarının ardınca keçirilib.

Aksiyaçılar prospektlərdə yürüş keçirdikdən sonra icra hakimiyyətinin binası qarşısında sükut aksiyası keçiriblər.

2002-ci ildə Monruj Müsəlmanlar Qardaşlıq Cəmiyyəti təsis olunub. Bu cəmiyyət 005-ci ildə bir qarajı satın alaraq onu 80 nəfərlik tutuma malik bir məscidə çevirib. Yerli mətbuat bu kiçik şəhərdə aksiyaçıların sayını neçə min elan edib.

Monruj Müsəlmanlar Qardaşlıq Cəmiyyətinin məsul şəxslərindən biri Əmin Brahimi bildirib: İcra hakimiyyətinin nəzarəti altında fəaliyyət göstərən təhlükəsizliyə nəzarət komissiyası məscidə baxış keçirib və məscid binasının təhlükəli olmasına dair heç bir hal aşkarlamayıb.

Brahimi bu məsələyə söykənərək məscid binasının təhlükəli olması bəhanəsi ilə məscidin fəaliyyətinin dayandırılmasında icra hakimiyyətinin mənfi niyyətindən söz açıb.

Qeyri-rəsmi statistikalara əsasən 6 milyondan çox elan olunan Fransa müsəlmanları adətən bu ölkə rəsmiləri tərəfindən ayrı-seçkilik davranışlarının qurbanı olurlar. Fransa hökuməti dünyəviçilik dövləti prinsiplərinə hörmət etmək bəhanəsi ilə müsəlmanların sayı ilə bağlı statistikanı açıqlamaqdan çəkinir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu