Fransanın Səhiyyə Nazirliyi ilk dəfə olaraq bu ölkədə SARS xəstəliyinin(tənəffüs yolu xəstəliyi) yayıldığını bildirib.
Fransa Səhiyyə Nazirliyi ilk dəfə olaraq ölkədə SARS xəstəliyinin yayıldığını elan edib.
Səhiyyə Nazirliyi bildirib ki, bu xəstəliyin ilk simptomu 65 yaşlı bir kişidə müşahidə olunub.
Bu məlumata görə, bu kişi bir müddət Birləşmiş Ərəb Əmirlikləri BƏƏ-də olub və ehtimal üzrə bu ölkədə bu təhlükəli və öldürücü tənəffüs yolları xəstəliyinə tutulub.
Qeyd edək ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı SARS xəstəliyinin Səudiyyə Ərəbistanında yayıldığını bildirmişdi.
Bu təşkilat qeyd etmişdi ki, 2012-ci il sentyabr ayından indiyə qədər dünyada ən azı 18 nəfər tənəffüs yolu xəstəliyi nəticəsində həyatını itirmişdir.
Bu xəstəlik 2003-cü ildə Çində 800 nəfərin ölümünə səbəb olmuşdu.