Səudiyyəli vəhhabilər Məkkənin inkişafı layihələrinin icrası bəhanəsi ilə bu şəhərin islam və tarixi abidələrini dağıtmağı davam etdirirlər.
Gərargahı İngiltərədə yerləşən İslam İrsləri Təhqiqatlar Müəssisəsinin direktoru İrfan Əlavi Ərəbistan rəsmilərinin 10 il öncədən Məkkənin islam və tarixi abidələrini dağıtmağa başladıqlarını bəyan edərək deyib: Səudiyyəli vəhhabilər ifratçı vəhhabiliyi təşviq etmək məqsədilə bu şəhərin islam, mədəni və tarixi irsini məhv edirlər.
Bir müddət öncə Ərəbistanın baş müftisi Əbdüləziz İbn Abdullah Ali-Şeyx də islam və tarixi abidələri “əşya” adlandıraraq iddia edib ki, 2 şərif hərəmdəki abidələrin hər birinin dağıdılmasının maneəsi olmamaqla yanaşı, zəruridir.
Məkkə və Mədinədə islamın qalan son abidələrinin dağıdılması ilə razılığın olunması elə bir haldadır ki, bu ölkə rəsmiləri illərdir Ərəbistanın mədəni irs adlandırdığı məsələni qorumaq bəhanəsi ilə hər il külli miqdarda vəsait hesabına festival keçirirlər. Bu festival həmişə dini polislə milli təhlükəsizlik qüvvələri arasında toqquşmalara görə çoxlu problemlər yaratmışdır.
Bəzi məlumatlara görə, Ərəbistan rəsmiləri tərəfindən Məkkənin islam və tarixi abidələrinin dağıdılmasının davamında neçə yüz illər keçmişi olan binaların 95% ötən iki dekadada dağıdılmışdır.