Livan Hizbullahı baş katibi 33 günlük müharibədə müqavimətin qələbə çalması münasibəti ilə İslam Respublikası rəsmilərinin göndərdiyi təbrik müraciətinə görə öz təşəkkürünü bildirib.
Seyid Həsən Nəsrullah müqavimətin 33 günlük müharibədə qələbə çalması münasibəti ilə İran İslam Respublikası rəsmilərinin təbrik müraciətinə görə öz təşəkkürünü bildirib və Livanın şərafətli xalqının mübarizləri və müqavimət mücahidlərinin yanında bu qələbənin reallaşması ilə bağlı böyük rolu oynadığına görə İranı alqışlayıb.
Nəsrullah bildirib ki, Livan xalqının İran İslam Respublikasının Livan müqavimətinə olan böyük dəstəklərini unutması mümkün deyildir.