Bolqarıstan hökumətinin etirazçıları bu gün də bu ölkə paytaxtında bir araya gələrək hökumətin istefası ilə əlaqədar öz tələblərini vurğulayıblar.
Bolqarıstan hökumətinin etirazçılarından bir qrupu bu gün Sofiyada parlamentin binası qarşısında aksiya keçirib.
Artıq 36 gündür ki, Bolqarıstanda hökumətə qarşı etiraz aksiyaları keçirilir.
Sofiyada etiraz aksiyaları iş adamı Delyan Pifskinin Milli Təhlükəsizlik Dövlət Agentliyinin rəhbərliyinə təyin olunmasından sonra başlayıb. Onun öz vəzifəsindən kənarlaşdırılmasına baxmayaraq, etirazlar hələ də davam edir.