FələstinXƏBƏRLƏR

Müqavimət İsrailin Tabutuna son mıxları vurdu

Livan Hizbullahının baş katibi deyib: Müqavimət 2000-ci ildə böyük İsrail planının tabutuna son mıxları vurdu və biz bilirdik ki, onlar, planlarını məğlubiyyətə uğradan bu Müqavimətdən intiqam almaq istəyəcəklər.

Seyid Həsən Nəsrullah Əl-Məyadin Telekanalından yayımlanan Hekayə -Təmmuz proqramını alqışlayaraq, deyib: Müqavimət İslam Ümmətinin əsas məsələsi, yəni Fələstin xalqı və Livan hakimiyyətini müdafiə etməkdə əzmkardır.

Seyid Həsən Nəsrullah sonra deyib: Problem Müqavimətdə deyil, Fələstin məsələsini məhv etmək istəyən, Amerika, Qərb, və ərəb rəsmi quruluşlarının böyük bir hissəsi problemdirlər.

Livan Hizbullahınn baş katibi sonra deyib: Onların nəzərində problem budur ki, biz Müqavimətik və Müqavimət qalmaq da istəyirik.

Seyid Həsən Nəsrullahın sözlərinə görə Müqavimət sionist İsrail rejimini Livanın cənubundan eşiyə qovmasından sonra İsrail planına son verdi.

Livan Hizbullahının baş katibi həmçinin deyib: Müqavimət İsrail planını məğlubiyyətə uğratdı və böyük İsrail sona çatdı.

Seyid Həsən Nəsrullah həmçinin deyib: Müqavimət 2000-ci ildə böyük İsrail planının tabutuna son mıxları vurdu və biz bilirdik ki, onlar, planlarını məğlubiyyətə uğradan bu Müqavimətdən intiqam almaq istəyəcəklər.

Livan Hizbullahının baş katibi “33 Günlük Müharibə”nin mərhələləri və Müqavimətin bu haqdakı strategiyası barədə də münasibət bildirib.

“ Müqavimətin döyüş siyasəti Marun-Ərrəs-dən sonra dəyişmədi. Bizim hədəfimiz sionist rejiminə ən çox maliyyə və can xəsarətləri vurmaq idi. Onların zəif nöqtəsi tələfatda idi, həm orduda həmdə daxili cəbhədə”-deyə Nəsrullah sözlərinə son verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu