Sionist işğal rejimi İsrail xarici işlər naziri Aviqdor Lieberman , Misir və Səudiyyə Ərəbistanı kimi mülayim Ərəb ölkələriylə əlaqələrin gücləndirilməsi lazım olduğunu müdafiə etdi .
Sionist nazir Lieberman , fələstinlilərlə sülh razılaşmasına çatmaq üçün əllərindən gələni etdiklərini iddia edərək , bu anda topun Fələstinlilərin sahəsində olduğunu söylədi.
Qoyun postuna bürünmüş qurd rolunu oynayan işğal rejimi liderləri , həllsizliyin səbəbi olaraq Fələstinliləri göstərməkdən çəkinmirlər. Torpaqlarını qəsb edərək Fələstinlilərin dünyanın dörd bir yanına dağılmasına , yüzlərlə kəndin yıxılmasına , minlərlə adamın şəhid olmasına və əsir düşməsinə , on minlərlə uşağın yetim qalmasına səbəb olan özləri deyilmiş kimi davranırlar.
Bir tərəfdən Fələstin tərəfinə təzyiq edərkən , digər tərəfdən mövqelərini gücləndirmək üçün Misir və Səudiyyə Ərəbistanı kimi özlərinə olduqca yaxın dayanan Ərəb ölkələriylə də əlaqələrin daha da gücləndirilməsini müdafiə edir və hökumətlərini buna təşviq edirlər .