Türkmənistan prezideni bu ölkənin hakim partiyasının sədrliyindən kənara çəkilməsindən xəbər verib.
Türkmənistan prezideni- Qurbanqulu Berdıməhəmmədov bildirib ki, partiya siyasətindən uzaq olması səbəbindən Türkmənistan Demokrat Partiyasının sədrliyindən kənara çəkilir.
Türkmənistan prezidenti vurğulayıb ki, prezidentlik dövrünün başa çatmasınadək partiya fəaliyyətlərindən çəkinəcəkdir.
Berdıməhəmmədov bildirib ki, Türkmənistan rəsmilərinin öz məsuliyyətləri dövründə partiya fəaliyyətlərinə malik olmamaları daha məntiqlidir.
Türkmənistan prezidenti- Qurbanqulu Berdıməhəmmədov 2006-cı ildən bu ölkənin demokrat partiyasına sədrlik edirdi.