İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Əbdullahi şəhid rəhbərin və şəhid uşaqların qanının qisasının mütləq alınacağını açıqlayıb. O, ABŞ və Sionist rejimin əvvəldən İranı devirmək məqsədi güddüyünü və bu hədəfə çatmaq üçün bütün hərbi imkanlarını səfərbər etdiyini bildirib.
General-mayor Əbdullahi qeyd edib ki, düşmən qısa müddətdə məqsədinə çatacağını düşünsə də, bu baş verməyib. Onun sözlərinə görə, 12 günlük diktə edilmiş müharibə düşmənin təklif etdiyi atəşkəslə başa çatıb, növbəti müharibədə isə düşmən 24-48 saat ərzində işi bitirəcəyini düşünsə də, döyüşlər 40 gün davam edib.
O vurğulayıb ki, İran xalqı və İslam Respublikasının döyüşçüləri müqavimət göstərərək çətin müharibə sınağından keçib və bu dayanıqlıq qələbəyə zəmin yaradıb. “Bu gün dünyanın iki böyük gücünün qarşısında müqavimət göstərə bildiyimizi açıq və cəsarətlə bəyan edirəm. Dəniz məkanında amerikalıları geri çəkilməyə məcbur etdik. Allahın lütfü ilə bu bölgədə amerikalıları Cənub qütbünə qədər geri çəkəcəyik; amerikalılar bu addımımızı gözləsinlər”, – deyə o bildirib.




