Suriya Müxalifləri Koalisiyasının lideri bir daha öz istefasını elan etdi.
Məaz Əl-Xətib müxalif qüvvələrin koalisiyasına rəhbərlikdən imtina edir.
Əl-Xətib təqribən bir ay öncə də öz istefasını elan edib, buna səbəb olaraq, hadisələrin “qırmızı xətt”ə çatmasını göstərmişdi. O, daha artıq fəaliyyət azadlığına malik olmaq üçün istefa verib.
Əl-Xətib o zaman etiraf etmişdi ki, bir çox beynəlxalq və regional oyunçular daha çox Suriyanı öz tərəflərinə çəkmək istəyirlər və onlar yalnız özlərinə tabe olan insanları himayə, müxalifləri isə təcrid edirlər.
Amma koalisiya üzvlərinin müxalifətinə görə, Əl-Xətib öz vəzifəsində qalmadı və Ərəb Liqasının iclasında qeyri-qanuni olaraq müxalifət Suriyaya məxsus kürsünü tutdu.
Ərəb Liqası başçıları bu iclasda Suriyanın bayrağını da dəyişdilər.