
“Günbatan News”satirik janrında çəkilmiş teleserial yaz fəslinin başlanması və Novruz bayramının gəlişi ilə Beynəlxalq Səhər telekanalının Azəri televiziyasından yayımlanacaq.
“Günbatan News” teleserialı 21 mart tarixindən Səhər telekanalı tamaşaçılarına əyləncə və xoş ovqatı bəxş edəcək.
Qulamrza Siyamizadənin prodüserliyi və Firdovs Film Şirkəti tərəfindən çəkilən bu serialın yayım hüququ Beynəlxalq Səhər telekanalı tərəfindən bu şirkətdən satın alınmışdır.