İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının xarici siyasətinin prinsip və dəyərlərinin dəyişməz olduğunu bildirib.
Daxil olan məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü- Seyid Abbas İraqçı bu gün daxili və xarici müxbirlərlə həftəlik brifinqində xarici rəsmilər və mediaların İran prezident seçkiləri ətrafındakı reaksiyaları və “bəziləri təsəvvür edirlər ki, prezidentin dəyişməsi ilə İranın xarici siyasəti dəyişikliklərə məruz qalacaq” məsələsi ilə bağlı deyib: İranın xarici siyasəti İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirmələri və çərçivələri əsasında ölkənin maraqları, prinsipləri və dəyərlərindən irəli gələn prinsipləri izləyir.
İraqçı vurğulayıb: İranın seçilmiş prezidenti- Həsən Ruhaninin dünənki mətbuat konfransında bildirildiyi kimi, İranın xarici siyasətinin prinsipləri yerində qalır və əsas və meyar, İran xalqının hüquqlarıdır ki, hər bir şəraitdə, hər bir dövlət özünü həmin hüquqları təmin etməyə borclu bilir.
İran xarici işlər nazirinin müavini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru- Yukiya Amanonun İranın nüvə fəaliyyətləri barədəki son sözləri haqda da deyib: Tehran Nüvə Silahlarının istehsalı və yayılmasını qadağan edən NPT müahidəsi çərçivəsindəki öhdəlikləri əsasında agentliklə əməkdaşlıqlarını davam etdirəcək və əgər İranın öhdəliklərindən artıq bir şey gözlənilərsə, həmkarlıqlar üçün yeni bir çərçivənin işlənib hazırlanmasına ehtiyac duyulur.