ÜMUMİ

Hələbdə “DAİŞ”in çeçen sərkərdəsi öldürülüb

Əl-Qaidə qruplaşmasına bağlı “İraq və Şam İslam Dövləti”nin çeçen sərkərdələrindən Ömər Hələbin ətrafında kürd silahlı şəxslərlə toqquşmada öldürülüb.

Havar İnformasiya Agentliyinin məlumatına görə, bu qruplaşmanın Cenderis məntəqəsindəki kəndlərə hücumundan sonra bir qrup üzvü öldürülüb və iki cəsəd “Kürdlərə himayə” xalq qüvvələrinin əlinə keçib. Bir müddət sonra bəlli olub ki, bu cəsədlərdən biri Çeçenistandan Ömərə, ikincisi isə Orta Asiya ölkələrindən olan Əbu Məaza aiddir.

Çeçenistanda əl-Qaidə rəhbərlərindən Çeçen Ömər yüzlərlə silahlı şəxslə Türkiyə təhlükəsizlik təşkilatının əməkdaşlığı ilə 2013-cü ilin əvvəllərində Suriyaya daxil olmuşdu. Türkiyə təhlükəsizlik təşkilatı Orta Asiya respublikalarından qüvvələri cəzb edərək Suriyanın şimalına yeritmək üzrə çalışır.

Çeçen Ömər mart ayında “Əl-Nüsrə Cəbhəsi”nin əsas qruplarından biri və sonradan əl-Qaidəyə bağlı “İraq və Şam İslam Dövləti”nə çevrilən mühacir ordu çərçivəsində bir qrup döyüşçü topladı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu