DünyaXƏBƏRLƏR

Ağ Evin müraciəti yoxsa Ruhaninin istəyi?

ABŞ Milli Təhlükəsizlik Agentliyinin müşaviri ABŞ və İran prezidentlərinin telefon əlaqələrinin “səmimi” və “konstruktiv” olduğunu qeyd edərək bildirib: Həsən Ruhani Barak Obamadan istədi ki, onunla əlaqə saxlasın.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin müşaviri Suzan Rays cümə günü son üç dekadadan çox bir zamanda İran və ABŞ prezidentləri arasında ilk telefon əlaqəsini “səmimi” və “konstruktiv” adlandırıb.

İran heyəti Barak Obama hökumətindən İran və ABŞ prezidentlərinin telefon danışığının baş tutmasını istəmişdi.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin müşaviri bildirib: Möcüzəvi bir həddə qədər, onlar (İran heyəti) tərəfindən bizimlə əlaqə saxlanıldı ki, deyildi Ruhani Barak Obama ilə hava limanına qayıdan zaman telefonla danışmaqda maraqlıdır və biz bu telefon əlaqəsini yarada bildik və konstruktiv bir danışıq oldu.

Raysın sözlərinə görə, Obama və Ruhaninin telefon danışığı 15 dəqiqə ərzində oldu. Mütləq tərcümə ilə qısa bir əlaqə oldu. Lakin iki tərəfin müraciətlərini çatdırmaq üçün yetərli həddə idi.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin müşaviri əlavə edib: Yəqin ki, 35 ildən çox bir-birləri ilə əlaqəsi olmayan iki ölkənin iki rəhbərini əlaqəsini təxminən yaradıcılıq bir hadisəsi hesab etmək olar. Lakin onların hər ikisi konstruktiv üsulla bir diplomatik yolun tapılması üçün öz öhdəliklərini bildirdilər.

Rays bildirib: İranda nüvə silahı Obama üçün qəbuledilməzdir və Ruhani də öz tərəfindən bildirdi ki, İran heç vaxt atom silahını əldə etməyə maraqlı olmayıb.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin müşaviri İran və ABŞ münasibətlərində potensial dəyişikliyə səbəb olan amillərə toxunub: Bu amillər beynəlxalq təzyiq, sanksiyalar, həmçinin Ruhaninin İranda prezident seçilməsinə şamil olur.

Rays bildirib: Hazırda İran qarşısında diplomatik həll yolu məsələsini sınaqdan keçirmək üçün fürsət yaranıb.

Belə bir halda qeyd etmək lazımdır ki, İran prezidenti Həsən Ruhani Obama ilə telefon danışığının Ağ Evin müraciətinə əsasən baş tutduğunu qeyd edərək bildirmişdir: Hava limanına doğru hərəkət zamanı Obama tərəfindən bizim nümayəndəmizin mobil telefonu ilə əlaqə saxlanıldı və ABŞ prezidenti ilə danışıq baş tutdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu