ABŞ paytaxtı sakinləri Ağ Ev qarşısında aksiya keçirərək Barak Obama hökuməti tərəfindən Suriyaya hərbi hücum və Ağ Evin Yaxın Şərqdə hərbi avantüristlik üçün səyinə etiraz ediblər.
Ağ Ev qarşısında toplaşan Amerika vətəndaşları Suriya əleyhinə müharibəyə qarşı olduqlarını bildirərək bu ölkəyə təzyiqlərin dayandırılmasını tələb ediblər.
Suriyaya hərbi hədənin ardınca, ABŞ-da müharibə əleyhinə qruplar bir neçə gün öncə Suriyaya ehtimal olunan hücuma etiraz üçün proqramlar hazırlayıb və ABŞ-ın digər şəhərlərində aksiyalar keçirəcəklər.