Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyn rejimindən bu ölkə xalqının sivil etiraz aksiyalarına qarşı repressiyaları durdurmasını istədi.
İRNA-nın məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bu tələbi Bəhreyndə Təmərrüd(itaətsizlik) günü adlandırılmış 14 avqust ərəfəsində irəli sürüb.
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Bəhreyn rəsmiləri xalqı sivil etiraz aksiyasına görə repressiya etməməlidir.
Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyn rejimi tərəfindən etiraz aksiyalarına qarşı repressiyaların gücləndirilməsi məqsədilə son zamanlar qəbul olunan yeni qanun və qərarlara işarə edərək, bildirib: Bəhreyn xalqı öz baxışını azad şəkildə bəyan etmək haqqına malikdir.
Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə müdiri Flip Luter deyib: İllərdir ki, Bəhreyn rəsmiləri xəcalət çəkmədən, utanmadan ölkədə söz azadlığını yatırmaqla məşğuldurlar və beynəlxalq qanunlara əhəmiyyət verməyərək, xalqın repressiya edilməsi siyasətini daha da gücləndirirlər.
Etiraz aksiyalarının qadağan edilməsi və etiraz aksiyalarında iştirak edən yeniyetmələrin valideynlərinin repressiya olunması Bəhreyn rejiminin son zorakılıqlarının nümunəsi sayılır.
Bəhreyn rejimi müxaliflərin səsini batırmaq üçün son günlər jurnalistlər, fotoreportyorlar, bloqqerlər və sosial şəbəkələrdə aktivlik nümayiş etdirənləri həbs edir.