Qoşulmayanlar Hərəkatına üzv ölkələr Livan paytaxtının Beyr-Əl-Həsən məntəqəsində yerləşnə İran İslam Respublikasının mədəniyyətt mərkəzi binasına qarşı hücumu pisləyib.
QH-in koordinasiya işləri üzrə ofisinin yaydığı bəyanatda İranın mədəniyyət mərkəzi binası önündə baş verən terror hərəkəti nəticəsində onlarla insanın həlak olub yaxud yaranlanmasına toxunularaq, təkid edilib ki, terrorizmin bütün formaları beynəlxalq sülh və təhülkəsizlik üçün ciddi təhlükədir.
QH yaydığı bəyanatda həmçinin Livanın yeni hökumətinin ölkədə təhlükəsizlik və sabitlyin bərqərar edilməsi uğrundakı səylərini təqdirə layiq hesab edib.
Ötən çərşənbə günü (19 fevral) İranın mədəniyyət mərkəzi, İRİB-nin və İRNA nümayəndəlikləri önündə baş verən partlayış nəticəsində ən azı 8 nəfər həlak olub, 120 nəfərdən çox insan isə yaralanıb.
Həmçinin 2013-cü il 19 noyabr İİR-nin Beyrutdakı səfirliyinin qarşısında baş verən terrorçu partlayış nəticəsində 25 nəfər, o cümlədən İranın Livandakı səfirliyinin mədəniyyət attaşesı İbrahim Ənsari şəhid olub 150 nəfər də yaralanıb.
