AsyaDünyaFələstinXƏBƏRLƏR

Sionistlər Fələstin ərazilərinə hücum ediblər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Beyt Fəccar qəsəbəsinin qərbinə hücum edərək, fələstinliləri zorla evlərindən çıxmağa məcbur ediblər.

Sionistlər həmçinin İordan çayının qərb sahilində, Beyt Ləhm şəhərinin cənubunda üç fələstinli gənci həbs ediblər.

İşğal olunmuş ərazilərdən daxil olan digər bir məlumata görə, sionist rejim ordusuna məxsus dörd hərbi maşın Qəzzə Zolağının cənubunda, Xan Yunus şəhərinin ətrafındakı əkin sahələrini dağıdıblar. Bu təcavüzkarlığı himayə məqsədilə bir neçə sionist tank da sərhəd məntəqədə yerləşib.

Sionist rejim hərbçiləri davamlı olaraq iordan çayının qərb sahilində və Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı hücumlar təşkil edərək, onları evlərini tərk etməyə məcbur edir, əmlaklarına zərər və ziyan yetirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu