Ərəbistanlılar bu ölkə vətəndaşlarının Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri tərəfindən öldürülmələrinə etiraz olaraq, aksiya keçiriblər.
Livanın Əl-Minar telekanalının məlumatına görə, Ərəbistanın şərqində yerləşən Əl-Qətif məntəqəsinin sakinlərindən bir çoxu bazar günü bu ölkə vətəndaşlarının Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri tərəfindən öldürülmələrinə etiraz olaraq, aksiya keçirib, cinayət amillərinin aşkarlanaraq, mühakimə olunmalarını istəyibdir.
Ərəbistanlı aksiyaçılar Ali-Səud rejiminin təhlükəsizlik qüvvələrinin Əhməd Əlinin öldürülməsi ilə nəticələnmiş Ərəbistanın şərqində yerləşən Əl-Əvamiyyə şəhərinə qarşı basqınını pisləyiblər.
Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri bir neçə gün bundan qabaq Əl-Əvamiyyə şəhərindəki Cəmimə məhəlləsində yerləşən bəzi mənzillərə basqın edərək, bu şəhər sakinlərindən olan Əhməd Əlini öldürdülər.