İraq paytaxtı Bağdadın 57 km-lik şimal şərqində yerləşən Bəqubə şəhərində baş verən 3 terror aktında ən azı 7 nəfər halak olub.
İraq polisi deyib: Bəqubənin qərbində yerləşən Əl-Rəhmətül Saniyə məntəqəsindəki Əl-Əqsa məscidində 3 qeyri-hərbçi həlak olub 7 nəfər o cümlədən iki qadın yarlanıb.
İraq polisinin məlumatına əsasən, Bəqubənin şimalındakı Əbi Seyda qəsəbəsində baş verən partlayışda da 3 nəfər ölüb 3 nəfər də yaralanıb. Əl-Sadə məntəqəsində baş verən digər partlayışda isə bir hərbçi həlak olub 3 polis zabiti yaralanıb.
Əl-İraqiyyə şəbəkəsi bildirib ki, Bağdadda baş verən terror aktlarının davamında 4 polis zabiti həlak olub 5 nəfər də müxtəlif bədən xəsarəti alıb.
İraqda verilən digər xəbərlərə görə, ölkənin polis qüvvəsi ötən gün (şənbə 7 sentyabr) terrorçu qruplaşmaların üzvlərindən olan 5 nəfəri həbs ediblər. Həbs edilən şəxslərdən silah-sursat və partlayıcı maddələr kəşf edilib.
İraqlı mənbələr, Amerika və digər ərəb ölkələri, o cümlədən Ərəbistanın İraqdakı terrrorçuları silahlandırmalarını bildirirlər.