İran və Azərbaycan Respublikasının dəmiryolunun birləşdirilməsi vurğulanıb
İranın yol və şəhərsalma naziri Abbas Axundi Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov ilə görüşdə “bir dəfə nəzarət” məqsədilə iki ölkə girişində iki ölkənin vahid nəqliyyat pəncərəsinin yaradılması barəsində fikir mübadiləsi aparıb.
İstanbulda keçirilən 11-ci Beynəlxalq Nəqliyyat Nazirlərinin Konfransının kənarında baş tutan bu görüşdə Azərbaycan Respublikasının nəqliyyat naziri İran dəmiryollarının Astaradan birləşdirilməsini istəyib.
Davamında bu dəmiryolu Qəzvin-Rəşt Ənzəliyə və Astaraya, sonra isə Azərbaycan Respublikası dəmiryoluna qoşulacaq.
Abbas Axundi bu görüşdə bildirib ki, Rəşt-Astara dəmiryolunun ikinci hissəsinin maliyyə vəsaitini təmin etməkdəyik.
İki tərəf həmçinin iki ölkədə yük maşınları və avtomobillər üçün sadələşdirilmənin yaradılması barəsində danışıqlar aparıb. Bu layihənin icrası ilə cənub-şimal dəhlizində başqa bir yol salınacaq və İranın dəmiryolu Azərbaycan Respublikası və Rusiyadan keçməklə Avropaya birləşəcək.
Yol və şəhərsalma naziri həmçinin bu konfransın kənarında Tacikistanın nəqliyyat nazirinin müavini ilə görüşərək danışıqlar aparıb.
Abbas Axundi bu görüşdə tacik həmkarı ilə Çindən Fars körfəzinə qədər, İran sonra isə Tacikistan yolu ilə dəmiryolunun çəkilməsi barəsində fikir mübadiləsi aparıb.