Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS spikeri Müşir El’Mısri, muxtar Fələstin rəhbərliyi başçısı Mahmud Abbasın HƏMAS hərəkatına istiqamətli ‘yalan’ və ‘suçlamaları’nı sərt dillə qınadı.
Mısri, Mahmud Abbasın HƏMAS ilə əlaqədar etdiyi şərhlərin, yalan, əsassız ittihamlar və çarpıtmalarla dolu olduğunu ifadə edərək, hazırda Fələstin xalqının cəsur bir liderə ehtiyac duyduğunu söylədi.
Mısri, Fəth hərəkatının məğlubiyyətlərini HƏMASın üzərinə atmağa çalışdığını ifadə edərək, HƏMAS-ın üzərinə atmaqla öz daxili problemlərini həll edə bilməyəcəyi mövzusunda Fəthi xəbərdar etdi.
Mahmud Abbas, dünən etdiyi şərhdə, Həmasın, Fələstinlilər arasında milli birliyi pozmaq üçün səy göstərməyə çalışmış və bu istiqamətdə Fəth hərəkatı əleyhinə bir sıra bombalı cəhdlərdə olmaqla günahlandırmışdı.
HƏMAS hərəkatı isə haqqında danışılan bombalı cəhdləri anında qınamış və bunun HƏMAS ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.