Amerika dövləti Suriaynın şimalındakı yaraqlı müxaliflərə özünün bəzi yardımlarının dayandırılmasından xəbər verib. Bu köməklər bundan qabağadək “Qeyri-öldürücü köməklər” adı altında dırnaqarası azad ordu adlandırılan qrupun ünsürlərinə təqdim edilirdi.
Amerikanın Ankaradakı səfirliyinin sözçüsü bu gün bildirib ki, “İslami cəbhə” qrupu ünsürlərinin dırnaqarası azad ordunun bazalarını ələ keçirmələrindən sonra Amerika özünün bu məntəqəyə olan “qeyri-öldürücü köməklər”ini dayandırır.
O, eyni zamanda qeyd edibdir ki, humanitar yardımlar bu qərara şamil olmur və bu yardımların hökumət və qeyri-hökumət təşkilatları tərəfindən Suriyaya göndərilməsi davam edəcək.
İngiltərə də suriyalı müxaliflərə köməklərini dayandırıbdır.
