İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif , Suriya məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Əxzər İbrahimi ilə telefon danışıqlarında Suriyadakı son durumu müzakirə edib və Suriya böhranının həlli üçün ən düzgün seçimin siyasi həll yolu olduğunu vurğulayıb.
Zərif Əxzər İbrahiminin Suriya böhranının siyasi həlli istiqamətindəki səylərini yüksək qiymətləndirərək onun qarşıdakı səylərinin böyük əhəmiyyətə malik olduğunu bildirib.
Bəzi Qərb və Ərəb dövlətlərinin əksinə olaraq İran Suriya böhranının siyasi həllinin tərəfdarıdır.