LivanXƏBƏRLƏR

Nəsrulla: Təkfiri terrorizm ilə mübarizədə qələbə çalacağıq

Livan Hizbullahının baş katibi təkfiri qruplara Hizbullah ilə savaşa başlamaq haqda xəbərdarlıq edərək, deyib: İsrail ilə bütün savaş meydanlarına qələbə çaldığımız kimi tam qətiyyətlə bildirirəm ki, təkfiri terrorizm ilə mübarizədə də meydanın qalibi biz olacağıq.

Seyid Həsən Nəsrulla sionistlər üzərində qələbənin ildönümü münasibətilə keçirilən “İtal-Şəb” mərasimində ötən gün Beyrutun cənubunda baş vermiş partlayışa işarə edərək, deyib: Cinayətkar qruplar ABŞ və İsrailin xüsusi xidmət orqanlarının muzdurlarıdırlar və qətl və cinayətdən başqa heç bir proqrama malik deyillər.
O, Beyrutun cənubunda yerləşən Zahiyə məntəqəsində baş vermiş partlayışda həlak olanlar arasında sünni və fələstinlilərin də olduğuna diqqət çəkərək, deyib: Livan xalqını öldürənlər nə sünni, nə şiə, nədə ərəbdirlər. Onlar muzdlu qatillərdirlər. Heç bir dinləri vəimanları yoxdur. Bizim nigaranlığımız ondan ibarətdir ki, bəzi şəxslər bu partlayışlara reaksiyada düşünülməmiş addımlar atırlar. Nəticəsi isə Livanda fitnə odunun alovlanmasıdır.
Nəsrullanın dediyinə görə, düşmənlər terror aktları yolu ilə Zahiyə məntəqəsə sakinlərini zəiflətmək və onları müqavimətdən uzaqlaşdırmaqdır. Lakin, bu fitnə uğur qazanmayacaq.
Livan Hizbullahının baş katibi etnik və məzhəbi qruplara qarşı mənfi təbliğatların dayandırılmalı olduğunu bildirərək, deyib: Terror aktlarının dayandırılması üçün təxribatçı qrupları müəyyənləşdirib, zərərsizləşdirmək lazımdır. Bu qruplara qanundan qaçmaq icazəsi verilməməlidir.
Nəsrullah əlavə edib: Livandakı terror aktlarının müəyyən etnik və məzhəbi qrupları hədəfə aldığını təsəvvür edənlər yanılırlar. Təkfirilər şiələri qırğın etdikləri kimi, sünniləri də qırırlar. Və müsəlmanları terror etdikləri kimi, xristinaları da öldürürlər. Livan rəsmiləri bilməlidirlər ki, bu partlayışlar davam edərsə, ölkə uçuruma yaxınlaşmış olacaq.
O, bəzi ərət telekanallarının ötən illər ərzində aşkar formada müqavimət əleyhinə yalan təbilğatlar apardıqlarına işarə edərək, deyib: Hamı şahiddir ki, biz terrorçulardan başqa heç kəs ilə müharibə aparmırıq. Əlcəzirə və əl-Ərəbiyyə Suriya, İraq, İran və Livana qarşı birləşiblər. Amma, bizim 30 illik keçmişimizdən dərs almalıdırlar.
Livan Hizbullahının baş katibi daha sonra deyib: Bizim bu partlayışlara cavablarımızdan biri Suriyada terrorçulara qarşı savaşan mübarizlərimizin sayını 2 dəfə artırmaq olacaq.
Nəsrullah müqavimət ilə savaşı özünə məqsəd qoyan kəslərə xitabən deyib: Elə təsəvvür etməyin ki, savaşa başlasanız, onu sonlandıran da siz olacaqsınız. Savaşı qələbə ilə yekunlaşdıran tərəf biz olacağıq və hər bir müharibənin nə zaman başa çatacağını biz müəyyən edirik. İsrail ilə savaşların hamısında qələbə çalmışıq və tam yəqinliklə sizə bildirirəm ki, terrorizmlə mübarizədə də biz qələbə çalacağıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu