AsyaDünyaİranXƏBƏRLƏR

Zərif: Terrorizm probleminin həlli regional həll yoluna ehtiyaclıdır

İran İslam Respublikası xarici işlər naziri regionun terrorizm probleminin həllinin bütün regional ölkələrin əməkdaşlığına ehtiyaclı olduğunu bildirib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər çərşənbə axşamı günü Bağdada daxil olduğu zaman jurnalistlərə deyib: Terrorizm və ifratçılıq regional həll yollarına ehtiyaclı regional problemdir.

İran xarici işlər naziri qeyd edib ki, İran İraq hökumətinin terrorizm və ifratçılıqla mübarizə üzrə səylərini dəstəkləyir.

İran xarici işlər naziri regionun 4 ölkəsinə səfərinin davamında İraqın yüksək səviyyəli rəsmiləri ilə görüşərək ikitərəfli, regional və beynəlxalq münasibətlər barəsində onlarla danışıqlar aparmaq üçün Bağdada daxil olub.

Livan Zərifin bu səfər turunun ilk məqsədi idi və o bu səfərdə İranın Beyrutdakı səfirliyi qarşısında terror partlayışları şəhidləri və müqavimət şəhidlərin xatirəsini anaraq Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, prezident Mişel Süleyman, Nümayəndələr Məclisinin sədri Nəbih Berri, baş nazirin səlahiyyətlərini icra edən Təmmam Salam, xarici işlər naziri Ədnan Mənsur və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdulla ilə görüşüb və danışıqlar aparıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu