İranXƏBƏRLƏR

Prezident Əhmədinejadın aldığı hədiyyələri 200 ailəni mənzil sahibi edib.

Prezident Əhmədinejad aldığı hədiyyələri satmaqla 200 ailəni mənzil sahibi edib.

Prezident Əhmədinejad aldığı hədiyyələri satmaqla 200 ailəni mənzil sahibi edib. Bu haqda İranda Yoxsul Ailələrin Sosial Təminatı Təşkilatının Xalqın İştirakı Katibliyinin sədri məlumat verib.

 

Məhəmməd Nəsiri Fars Xəbər Agentliyi ilə müsahibəsi zamanı ötən hicri şəmsi ilinin Novruz Bayramı zamanı İran prezidenti Mahmud Əhmədinejadin daxili və xarici səfərlər zamanı  İran prezidenti və onun yoldaşına hədiyyə edilən əşyaları İranda Yoxsul Ailələrin Sosial Təminatı Təşkilatına hədiyyə etdiyini bildirərək, deyib: “ İranda Yoxsul Ailələrin Sosial Təminatı Təşkilatı bir proqramlaşdırmadan sonra xeyriyyəçi şəxslərin iştirakı ilə İran prezidentinin verdiyi hədiyyələri satışa çıxardı”.

 

Nəsiri sonra deyib: “ İran prezidentinin 22 ədəd hədiyyəsi 430 milyon tümənə satıldı. Hədiyyələrin satışından sonra bu yoldan əldə edilən məbləğ birinci mərhələdə əlillər üçün 100 ədəd mənzilin inşası üçün xərcləndi və yaxın gələcəkdə ikinci mərhələdə İran prezidentinin hədiyyələrinin satışından əldə edilən gəlirlərlə daha 100 ədəd mənzil inşa ediləcəkdir”.

 

İranda Yoxsul Ailələrin Sosial Təminatı Təşkilatının Xalqın İştirakı Katibliyinin sədri sonra deyib: “ İran prezidentinə verilən hədiyyələrin satışının ikinci mərhələsi 9 ədəd əşya ilə ötən həftə Səədabad Sarayı Kompleksində satışa buraxıldı ki, bu hədiyyələr də xeyriyyəçi şəxslərin dəstəyi ilə satıldı”.

 

Xeyriyyəçilərin bir qrupu da İran prezidentinin hədiyyələrinin satışının birinci mərhələsində satın aldıqları hədiyyələri yenidən İranda Yoxsul Ailələrin Sosial Təminatı Təşkilatına hədiyyə etdilər. İranda Yoxsul Ailələrin Sosial Təminatı Təşkilatı bir muzeyi təsis edib, bu hədiyyələri bu muzeydə saxlamaq niyyətindədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu