Beynəlxalq hakerlər qrupunun sionist rejimin kibernetik infrastrukturlarına hücumu bu rejimə 3 milyard dollardan ardıq zərər vurub.
Sionist rejim başçıları hələ də bu kibernetik hücumun şokunda olduqları, hücumun fəsadlarının aradan qaldırılması üçün ABŞ və Avropadan yardım diləndikləri bir şəraitdə, baş verənlərin İsrail iqtisadiyyatına cüzi təsir göstərdiyini iddia edirlər. Amma, hakerlər tuitter səhifələrində İsrail rejiminin 100 min internet saytını habelə, israillilərə məxsus 40 min facebook, 5 min tuitter səhifəsini və 30 min bank hesabını dağıtdıqlarını bildirərək, dəymiş zərərin 3 milyard dollar olduğunu bildiriblər.
İsrail mediaları bazar günü onlarla hakerin bu rejimin kibernetik infrastrukturlarına və internet səhifələrinə hücum etdiklərini bildirmişdilər. Onlar bu hücum qarşısında İsrail rejiminin aciz qaldığını bildirərək, məğlubiyyəti qəbul ediblər. Baş nazirliyə, Mossada, Müharibə Nazirliyinə, Kadima Partiyasına, Birja Təşkilatına və bir neçə mühüm nazirliyə məxsus internet səhifələrinin habelə, minlərlə saytın dağıdılması göstərdi ki, sionist rejimin kibernetik bacarıqları ilə bağlı iddiaları sayıqlamadan başqa bir şey deyilmiş.