Zəncanda məhərrəm ayının səkkizinci günü əzadarlığı əhalinin geniş iştirakı ilə başlanıb.
Zəncanın Əzəm hüseyniyəsinin əzadarlıq dəstəsinin hərəkəti Hüseyn əzadarlarının geniş iştirakı ilə bu məzhəbi məkanın önündən başlanıb.
Əzəm hüseyniyəsinin əzadarlıq mərasimi hər ilə ölkənin müxtəlif məntəqələri habelə, xarici ölkələrdən gəlmiş yüz minlərlə Hüseyn(ə) aşiqinin iştirakı ilə keçirilir.
Əzəm hüseyniyəsinin əzadarlıq mərasimi dünya şiələrinin ən böyük toplantılarından sayılır və hər ilin məhərrəm ayının 8-də, Yovmul-Abbas(Abbasın günü) adlandırılan gündə keçirilir.
Məhərrəm ayının 8-də keçirilən bu mərasim Zəncan əhalisinin həzrət Əbülfəzl Abbasa(ə) olan məhəbbətinin təcəssümüdür.
Zəncan əhalisinin əzadarlıq mərasimi hazırda ölkənin altı telekanalı vasitəsilə canlı olaraq ölkə daxilində və xaricində yayımlanmaqdadır.
Hal hazırda yüz minlərlə Hüseyn aşiqi Zəncanın Əzəm hüseyniyəsinin ətrafında və Seyid İbrahim İmamzadəsinin ətraf xiyabanlarında toplaşaraq, əzadarlıq etməklə məşğuldur.