AzərbaycanXƏBƏRLƏR

Xarici ölkə vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi rüsvayçılığına etirazlar davam edir

Amerika və digər ölkə vətəndaşlarının telefon danışıqlarının ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinlənilməsi rüsvayçılığına beynəlxalq etirazların genişlənməsi Ağ Evi çətin vəziyyətlə üzləşdirib.

ABŞ rəsmiləri təsəvvür belə etmirdilər ki, Amerikanın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı olmuş Edvard Snovdenin Amerika və digər ölkə vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi və sosial şəbəkələrdəki səhifələrinin izlənilməsi ilə bağlı ifşaçılıqları onlar üçün bu qədər böyük başağrısına səbəb olacaq.

Hazırda ABŞ-ın avropalı müttəfiqləri ilə münasibətləri qeyri-münasib vəziyyətə düçar olub. Bir çox Avropa ölkəsi başçısı Vaşinqtonun bu haqda izahat verməsini tələb edib.

Almaniya kansleri Angela Merkel və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eştonun ardınca, Fransa prezidenti Fransua Oland da ABŞ-ın Avropa ofislərində axtarışlar həyata keçirməsi ilə bağlı Amerikadan izahat tələb edib və xəbərdarlıq edib ki, ABŞ-ın məsələ ilə bağlı tutarlı açıqlama verə bilməyəcəyi halda bu ölkə ilə ticarət müzakirələri dayandırılacaq.

İtaliyanın xarici işlər naziri Bonino da bildirib ki, ölkəsi Amerikadan bu məsələ ilə bağlı izahat verməsini tələb edib.
İtaliyanın müdafiə naziri Maria Monoro isə Amerikaya xitabən deyib: Əgər biz bir-birimizlə dost və müttəfiqiksə, bizlərdən birinin digərinə qarşı sabiq Sovet İttifaqının bu ittifaqa daxil olan ölkələr ilə etdiyi rəftara oxşar davranışa malik olması qəbul edilməzdir.

Həmçinin, bildirilir ki, Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkədəki səfirini çağırtdıraraq, məsələ ilə bağlı izahat tələb edib.
Bu arada Rusiya prezidenti Vladimr Putin Snovdendən istəyib ki, əgər Rusiyada qalmaq istəyirsə ABŞ-ın məxfi sənədlərini ifşa etməyi durdursun.

Deyilənlərə görə, bundan öncə Vikiliks saytı tərəfindən ifşa olunmuş sənədlərdən aydın olmuşdu ki, Amerika bir çox dost və müttəfiq ölkəyə xəyanət edib. Vikiliks tərəfindən yayılmış sənədlərdə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ABŞ diplomatları ilə məxfi görüşlərdə İran əleyhinə söylədiyi fikirlər də öz əksini tapmışdı ki, bu da Bakını pis vəziyyətdə qoymuşdu.

Edvard Snovden hələ ki, Azərbaycan rəsmilərinin telefon danışıqlarının dinlənilməsi haqda məlumat yaymayıb.
Amma, bu ehtimalın özü belə Bakı rəsmilərinin nigaranlığına səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu