
Rusiyanın Qafqaz bölgəsində Çeçenistan Muxtar Respublikasının dağlıq ərazisində bu ölkə təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında silahlı insident nəticəsində 7 yaraqlı öldürülüb.
Rusiya anti-terror milli komitəsinin ictimai əlaqələr şöbəsi bildirib: Çeçenistan Muxtar Respublikası ilə İnquşetiya Muxtar Respublikası sərhəd ərazisində silahlı insident baş verib.
Bildirilir ki, Rusiya təhlükəsizlik qüvvələri bu bölgədə 15 yaraqlıdan ibarət bir qruplaşmanı mühasirəyə alıblar və toqquşmada 7 silahlı öldürülüb.
Hökumət qüvvələri yaraqlılardan müəyyən miqdarda avtomat silahlar və hərbi təchizatlar aşkarlayaraq götürüblər.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, 2012-ci ildə bu ölkənin Qafqaz bölgəsində silahlı toqquşmalarda 200-dən çox yaraqlı öldürülmüşdür.