Livanın Suriya sərhədindəki Arsel dağlarında IŞİD’in iki komandirinə bağlı terroristlər arasında şiddətli qarşıdurmalar yaşandığı bildirildi.
Əl Meyadin televiziyası, IŞİD’in Kalamun’daki əmiri Əbu Aişə əl-Banyasi’nin təşkilat liderləri arasında yaşanan fikir ayrılıqları səbəbiylə təmizlik edildiyini bildirdi.
Əl-Mənar televiziyası da IŞİD’in Kalamun’daki lideri Əbu Aişə əl-Banyasi’nin, təşkilatın digər komandiri Əbu Vəlid əl-Makdisi arasındakı fikir ayrılığı səbəbiylə Kalamun’la Arsel sərhədindəki Mira keçid marşrutu yaxınlığında öldürüldüyünü bildirdi.
Livanın əl-Ahed xəbər agentliyi isə IŞİD’in iki lideri arasındakı mübahisənin Əbu Bəkir əl-Bağdadiyə beyət məsələsindən çıxdığını ifadə edərək Əbu Aişə əl-Banyasi’nin Kalamun’daki Nusra komandiri Əbu Malik Telli ilə yaxşı əlaqələrə sahib olmaqla günahlandırıldığını vermişdir.