BəhreynLivanXƏBƏRLƏR

Hizbullah Şeyx Qasımın evinə edilən hücuma görə Bəhreyn rejimini qınadı

Livan Hizbullahı Bəhreynin təhlükəsizlik qüvvələrinin tanınmış şiə alim və görkəmli ruhani Şeyx İsa Əhməd Qasımın evinə olan hücumunu pisləyib.

Hizbullah bir bəyanat yayaraq bildirib: Bu hərəkət islami şəxsiyyətlər və müqəddəslərə qarşı yönəlmiş təhlükəli və təzadlı bir rəftarın nişanəsidir.

Bəhreynin təhlükəsizlik qüvvələri cümə günü Şeyx İsa Əhməd Qasımın evinə hücum edərək, onun evində axtarış aparıblar.

Şahidlərin dediklərinə görə, Ali-Xəlifə rejiminə bağlı qüvvələr Şeyx Qasımın evinin qapılarını sındırıb, evdəki əşyalara zərər və ziyan yetiriblər.

Bəhreyn xalqı isə bu çirkin hərəkətə reaksiya olaraq paytaxt Manamaya yaxın kəndlərdə etiraz aksiyaları təşkil edib, bu tanınmış ruhanini himayə ediblər.
75 yaşlı alim Şeyx İsa Əhməd Qasım Bəhreyndə ana müxalifət partiyası sayılan İslami Milli Əl-Vifaq Hərəkatının lideri sayılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu