Livan Hizbullahının baş katibi deyib: Suriya hökuməti heç vaxt hərbi seçimlə devrilməyəcək. Müharibə uzundur.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Suriyadakı cari vəziyyəti açıqlayaraq bu ölkədəki cari böhrana son qoymaq üçün yeganə yolun siyasi həll yolu olduğunu qeyd edib və xatırladıb: Suriya quruluşunu devirmək olmaz.
Seyid Həsən Nəsrullah sözlərinin davamında deyib: Suriya proseslərində məqsəd təkcə bu ölkəni müqavimət mehvəri və ərəb-sionist çəkişməsindən çıxarmaq üçün deyil, üstəlik bundan daha böyükdür. Suriyadakı müharibəni dəstəkləyənlərin əsas məqsədi bu ölkə hökuməti, diyarı, ictimaiyyəti və ordusunu məhv etməkdir.
“Ərəb ölkələrində belə müharibələrin əsas məqsədi budur ki, ölkələrdə silahlı qruplaşmalar mövcud olsun. Bu qruplaşmalardan hər biri bir hissə əraziyə malik olsun və bu ölkələrdə zəif hökumət olsun. Bu silahlı qruplaşmalar da qərb və ərəb casusluq təşkilatları ilə əlaqədədirlər. Bu qruplaşmalar bu ölkələrin neft, qaz ehtiyatları, taleyi və mənafeyini öz əllərinə alırlar və bu ölkələrin xalqları toqquşma və düşmənçiliyə daxil olurlar. Beləliklə də onlarda heç bir təhlükəsizlik və stabillik olmayacaq. Suriyalılar bilməlidirlər ki, Suriyanın gələcəkdə mərkəzi güclü hökumətə sahib olmasını istəmirlər” –deyə Nəsrullah bildirib.
Livan Hizbullahı baş katibinin sözlərinə görə, indiyə qədər Suriyada heç bir iranlı qüvvəsi yoxdur və yalnız bəzi telekanallar bu barədə iddialar irəli sürüblər. Halbuki ABŞ, İngiltərə və Fransanın bu barədə faktları olsaydı, “qiyamət” qoparardılar. Hamı bilir ki, Suriyada iranlı qüvvəsi yoxdur.
Nəsrullah sionist rejimə xəbərdarlıq edib: Biz sionist rejimin istənilən təcavüzünə heç bir tərəfin təsəvvür edə bilmədiyi ən güclü reaksiya ilə cavab verəcəyik və gələcək hər bir qarşılaşmada qalib olacağıq. Buna görə mən hamıdan istəyirəm ki, heç kim bu barədə yanlış hesablama aparmasın.