Aprelin 30-u Bakıda keçirilən aksiyada tutulan üç nəfər 10 sutka inzibati həbs cəzası alıb.
“Media forum” saytının məlumatına görə, Nəsimi Rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “Nida” Vətəndaş Hərəkatından Turqut Qəmbər və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə haqqında belə qərarlar çıxarıb.
Dövlət Neft Akademiyasında terrorun dördüncü ildönümünü anmaq üçün aprelin 30-da bir qrup gənc Bakıda “Terrora yox!” şüarı şüarı ilə aksiya keçirib. Polis gəncləri Dövlət Neft Akademiyasının binası qarşısına buraxmayıb.
Gənclər “Nizami” kinoteatrının yanından Dənizkənarı Milli Parka doğru yürüş ediblər və burada saat qülləsinin yaxınlığında həmin gün axşam veriləcək konsert üçün qurulmuş səhnənin ətrafına qərənfillər qoyaraq Azərbaycanın himnini ifa ediblər.